Ərdoğanın olduğu təyyarə Zəngilan aeroportuna eniş etdi - YENİLƏNİR + CANLI YAYIM
Gündəm / Sosial
20-10-2022, 12:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
R.T.Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib.
Bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.
*** 11:21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük işgüzar səfər edəcək.
Ərdoğanın təyyarəsi Azərbaycana getmək üçün Esenboğa hava limanından yola düşüb.