Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılacaq

Gündəm / Sosial
20-10-2022, 14:45
Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılacaq

Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.

Xeberekspress.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.