“Sera Holdinq”-in rəhbəri Sevinc Rəhimova Şuşaya səfər edib

Gündəm / Sosial
29-10-2022, 13:47

“Sera Holdinq”-in rəhbəri Sevinc Rəhimova Şuşaya səfər edib

Tanınmış hüquqşünas Şuşaya səfər edib, şəhərdə aparılan quruculuq işləri ilə tanış olub. 

Səfərin əsas məqsədi "Şuşa ili” çərçivəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın işğaldan azad etdiyi Şuşanı ziyarət etmək, şəhərin tarixi-mədəni irsi, işğal dövründə məruz qaldığı dağıntılar, aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olmaqdır. 

Sera holdinqin rəhbəri Şuşada işğal dövründə erməni vandalizminə məruz qalmış tarixi-memarlıq və dini abidələri, Vaqif məqbərəsini, Qala divarlarını, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbülün heykəllərini, Cıdır Düzünü və ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələrini ziyarət edib. Ölkə rəhbəri tərəfindən həyata keçirilən bərpa işləri və yeni infrastruktur layihələri ilə tanış olubdur. 

Səfər iştirakçısı 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların unudulmaz xatirəsini yad edib, onların ruhuna dualar oxuyub, qazilərimizə sağlamlıq arzu edibdir. 

XeberEkspress.az

“Sera Holdinq”-in rəhbəri Sevinc Rəhimova Şuşaya səfər edib