Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
Gündəm / Sosial
Bu gün, 18:40

Bu il iyulun 7-dən start verilən 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi my.gov.az portalı vasitəsilə həyata keçirilib və 44 mindən çox uşaq bağçalara qəbul olub.
Bunu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı məlumat verib.
O bildirib ki, 44 335 uşaq bağçalara qəbul olunub.