UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
Gündəm / Sosial
Bu gün, 12:26

Səudiyyə Ərəbistanının Yanbu liman şəhərindən qərbdə tanker mərmi ilə vurulub.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.
"Yanbudan 63 dəniz mili qərbdə insident barədə məlumat daxil olub. Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, tankerə naməlum mərmi dəyib, bunun nəticəsində gəminin əsas göyərtəsində yanğın baş verib. Bütün heyət təhlükəsizlikdədir", - məlumatda qeyd olunub.
Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur.