Xalq zəfəri borclu olduğumuz qəhrəmanları anır... - Video

Gündəm / Sosial
8-11-2022, 10:59
Xalq zəfəri borclu olduğumuz qəhrəmanları anır... - Video

Zəfər Günü ilə əlaqədar bu gün səhər saatlarından Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir.

Ziyarətçilər Vətən müharibəsi şəhidlərinin məzarına gül dəstələri düzür, onların xatirəsini yad edirlər. 

Xatırladaq ki, 2020-ci ildə 44 gün davam edən müharibədə 2 906 nəfər torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.