"Bakı Gənclər Mərkəzi" nin birgə təşkilatçılığı ilə Tarixi Qələbə Zəfər gününə həsr olunmuş "ZƏFƏR ANI" adlı tədbir keçirildi
Gündəm / Sosial
8-11-2022, 13:19
Ötən gün 07 noyabr 2022-ci il saat tarixində Baki Gənclər Mərkəzində "EMEDIA GROUP" Media təşkilatı və "Bakı Gənclər Mərkəzi" nin birgə təşkilatçılığı ilə Tarixi Qələbə Zəfər gününə həsr olunmuş "ZƏFƏR ANI" adlı tədbir keçirildi.
Tədbirdə Şəhid ailələri, Millət vəkilləri, səfirlər, incəsənət xadimləri, dini xadimlər, Qazilər, idmançılar, yerli və xarici media nümayəndələrinin (Trt, iha, AA, МИР ТВ rəhbərləri, XeberEkspress Az. və s. iştirak etdilər.
Tədbirdə həmçinin "Müharibə iştirakçisi" medali ilə təltif olunmuş xanim qəhrəmanlarımızdan həkim Aynurə Hidayətqızı da iştirak edirdi.
Tədbirin sonunda 30 uğurlu döyüş yolu keçən Vətən müharibəsi içtirakçıları və Igid Qazilərimiz "DƏMİR YUMRUQ" rəsmi milli mükafatı ilə təltif olundular.
Tədbirin aparıcıları: Jalə Həsənli, Tural Ozan
Təşkilatçı
Elşən Əliyev
"EMEDIA GROUP" Media Təşkilatının sədri
Lalə Qəzənfər










