Rus kəşfiyyatçı Ukraynada ələ keçirildi

Gündəm / Sosial
17-11-2022, 15:01
Rus kəşfiyyatçı Ukraynada ələ keçirildi

Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat əməkdaşları Vinnitsa vilayətində Rusiya hərbi kəşfiyyatçısını saxlayıb.

Agent Müdafiə Qüvvələrinin bölmələri və enerji obyektlərinin yerləşdiyi yerlər barədə ruslara məlumat ötürürmüş. 

Saxlanılan şəxs 1990-cı illərin əvvəllərində ordudan təqaüdə çıxıb, sonra isə onun Vinnitsa vilayətində yaşayan keçmiş sovet hərbçisi olduğu üzə çıxıb.

Ukrayna KİV