Bakıda 150-dən çox yol kəsişməsində hərəkət tənzimlənir

Gündəm / Mədəniyyət
28-11-2022, 10:37
Bakıda 150-dən çox yol kəsişməsində hərəkət tənzimlənir
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən paytaxtın 150-dən artıq yol kəsişməsində hərəkətin tənzimlənməsi təmin edilir.

Bunu  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, yollarda real vəziyyətə uyğun işıqtoforların vaxt planları nizamlanır:

"Fiziki müdaxilə zərurəti olduqda məlumat yol polisinin naryadlarına ötürülməklə hərəkətin fasiləsizliyi diqqətdə saxlanılır".
Bakıda 150-dən çox yol kəsişməsində hərəkət tənzimlənir