Aparici Tarix Əliyev mərhum idmançı Turan Rüstəmovun əziz xatirəsinə həsr olunmuş turnirlərin keçirilməsini təklif etdi.

Gündəm / Sosial
10-12-2022, 10:48

Aparici Tarix Əliyev mərhum idmançı Turan Rüstəmovun əziz xatirəsinə həsr olunmuş turnirlərin keçirilməsini təklif etdi.

Tanınmış tele - aparıcı Tarix Əliyevin MTV Azərbaycan televiziyasında  layihə rəhbəri və aparıcısı olduğu "Ümid ilə gəl" verlişində noyabrın 26-da Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətlə yetirilən
 Yevlax rayon sakini  yeniyetmə idmançı - 2006-ci il təvəllüdlü Turan Rüstəmovun xatirəsinə həsr olunmuş verlişdə göz yaşlarını saxlaya bilmədi. O, ekspertlər və studiyaya gələn "Turan" davamçıları IFK Azərbaycan nümayəndəliyinin "Oyama" Idman Klubunun idmançıları ilə bərabər törədilmiş hadisədən kədərləndiklərini bildirərək, bu cür hadisələrin qarşisi alinmağini və ictimai yerlərdə, idman yarişlarında, məktəblərdə hüquq mühafizə xidmətlərinin daha ciddi və məsuliyyətli yanaşmaqlarini bildirdilər. Bundan əlavə Tarix Əliyev bütün Idman Federasiyalarına "Turanin xatirəsini əbədiləşdirmək məqsədi ilə turnir və ya yarışların onun adı ilə bağlı keçirilməsi təklifini etdi. Studiyada qonaq qismində iştirak edən idman kollektivi  aparıcının təklifini anindaca dəstəkləyərək böyük məmnuniyyətlə qəbul edərək, yaxın günlərdə keçiriləcək  yarişmanın məhz  Turan Rüstəmova həsr olunacağını bildirdilər.
 Xatirladim ki, hadisədən əvvəl T.Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa çatdırıb. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib. Bir qədər keçdikdən sonra isə belinə bıçaq qoymuş Ruslan Turanın oturduğu yerə yaxınlaşıb və ona zərbələr endirib. Çoxsaylı bıçaq xəsarətləri alan T.Rüstəmov vəfat edib. 
Allah rəhmət eləsin

Qeyd; verlişdə Oyama Idman Klubunun  dəfələrlə Dünya və Azərbaycan çempionları, idmançılar - Əsgərov Əsgər, Əsgərov Turan, Hüseyinli Hüseyn, Məmmədov Kamil, Əhmədov Soltan, Ramazanlı Turan,  Quliyev Elvin, Sahibzade Fidan, klubun rəhbəri-məşqçi Elşad Əliyev və mətbuat katibi jurnalist Lalə Qəzənfər iştirak edirdilər.
 [media=http://https://youtu.be/y-qSuBX62Yc]