FƏXRIYƏ XƏLƏFOVA - ŞUŞADA - XURŞIDBANU NATAVAN OBRAZINDA
Gündəm / Sosial
11-12-2022, 18:33
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.
Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin müvafik Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirilməsi bağlı göstəriş verilmişdir.
Prezident Ilham Əliyevin həmin Sərəncamı ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir.
Dövrünün parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyətlərindən olan, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyan Xurşidbanu Natavanın həyat və yaradıcılığından bəhs edən filmin çəkilişləri bitmək üzərədir. Filmin layihə rəhbəri və baş məsləhətçisi Azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyə Xələfova həm də filmin baş obrazının - Xurşidbanu Natavan obrazının yaradicısıdır.
Filmin son çəkilişləri ilə əlaqədar Şuşaya yola düşən Fəxriyə Xələfova ən xoş və qürurverici təəssüratlarını XeberEkspress Az.- xəbər portalının redaktoru Lalə Qəzənfərlə bölüşüb;
"Azərbaycan qadının parlaq nümunəsi Xan qızı Xurşidbanu Natəvan obrazı mənə təklif olunanda sevinc və qürur hissi ilə qəbul etdim. Filmdə məqsədimiz Qarabağ hadisələrini, menfur düşmənlərin vandallığı, vəhşiliyini, tarixi abidələrimizin, şəhər və kəndlərimizin darmadağın edilərək təcavüzə uğramasını ictimaiyyətə və gələcək nəsilə çatdirmaqdır. Xüsusən də araşdırmalar zamanı Xan qızı haqqında bəzi bir çox rəsmi məlumatlar olmayan yenilikləri əldə etmiş olduq.
Xan Qızının əsl adı Xurşidbanu Bəyim olub, lakin yaradıcılığının ilk dövrlərində "xurşid” təxəllüsü ilə yazsa da, sonradan özünə "natəvan” təxəllüsünü götürür. Alagõz, bəyaz bir xanım olaraq həm də şaire , rəssam, memar, hətta yaşadigi həmin evin məhz özünün layihəsi ûzərində inşa olunmasını araşdirdıq. Onu da deyim ki, çəkiliş zamani mən evə daxil olanda böyük bir risklə qarşılaşmağımı gözümün önünə almişdim. Böyük dağıntılara məruz qalmış ve anindaca nəyinsə uçulub dagilmasindan hec kim siğortalana bilmez, bununla belə men heç bir qorxu hissi ve ya əziyyətlərə baxmayaraq heç zaman heç kim tərəfindən cəkiliş olmayan həm Xurşidbanu Natəvanın evinin içərisindən, həm də həyətindən çəkilişlər etdik. Daha maraqlısı odur ki, Şuşada olanda insan artiq heç nə düşünə bilmir, her şeyi unudur, bir anliq ne riski, ne də özünü düşünürsən, dağıntılara məruz qalsa da mən evin dağintili belə halinı sevdim, füsunkar memarliq gözəlliyine heyran qaldim. Mən dünyanın bir çox ölkələrində olsam da hələ bu gözəllikdə keçidləri olan memarrliq abidəsi görməmişəm. Filmin cekilişlərini biz Ağdamda, Şahbulaq qalasinda, Imarətdə və son kadrları ise biz artiq doğma yurdumuzda, Şuşamizda çəkə bildik. Bu da onu göstərir ki, Azərbaycanımızin hər bütün bölgələri olduğu kimi Qarabağ Xanliğı da zamanında yüksək mədəniyyətə, qədim, zəngin adət-ənənələrimizi yaşadan və inkişaf etdirən bir Xanliq olub, və bu gün də Xan Qızı Natəvan bütün Azərbaycan xalqi tərəfindən sevilir, taninir.
Filmin cekilişlərnə yayda başlasaq da artiq indi - bu ilin sonuna- dekabr aylarında soyuq və qarli Şuşamizda tamamlaq üzərəyik. Desəm ki, mən bu layihəni ərsiəyyə gətirdiyimə görə bir yaradici heyyət olaraq çox xoşbəxtəm, baxmayaraq ki, Şuşaya gələrkən şaxtalı və soyuq hava şəraiti olduğundan havanın bir az mülayim olmasını dua edirdim ve Allaha çox şükürlər olsun ki, bu gün dekabrın 10 u cəkiliş günümüz hər tərəf qarla bürünsə də çox mülayim, günəşli hava şəraiti oldu. Xurşidbanu Natavanın 190 illik yubileyinə həsr olunmuş həmin film cox maraq diğurmaqla bərabər həm də bir çox kino festivallarına gondərilməsi nəzərdə tutulub, ve bunda ən böyük məqsədimiz, amalımız bədii ve poetik bir əsər vasitəsi ilə mənfur düşmənlərimizin Qarabağın başına gətirilən müsibətlərin, dağılmış abidələrimizin, viran olunmuş şəhərlərimizi dünya ictimaiyyətinə çatdirmaqdir."
Natəvan Azərbaycan qadınının parlaq nümunələrindəndir. Bu günə qədər şairə haqqında 10-a yaxın film çəkilib və Fəxriyə xanimdan öncə həmin obrazı xalq artisti Amaliya Pənahova, əməkdar artist Hüsniyyə Mürvətova və d. mükəmməl şəkildə canlandıemışdılar. Onun "Ölürəm”, "Sənsiz”, "Getmə”, "Olaydı” və s. qəzəlləri bu gün də klassik ədəbiyyat sevənlərin sevimli qəzəlləri sırasındadır.
Lalə Qəzənfər








