Prezidentdən Əli Məsimli ilə bağlı SƏRƏNCAM

Gündəm / Sosial
2-01-2023, 14:14
Prezidentdən Əli Məsimli ilə bağlı SƏRƏNCAM
Əli Əhməd oğlu Məsimli təltif olunub.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Məsimli Milli Məclisin deputatıdır. Sabah onun 70 yaşı tamam olacaq.