Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB

Hadisə
Bu gün, 12:30

Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB

Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfərdən ikisi dünyasını dəyişib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

03:43

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.