Şəmkirdə 34 yaşlı kişini BALTALADILAR

Gündəm / Maraqlı
7-01-2023, 15:23
Şəmkirdə 34 yaşlı kişini BALTALADILAR

Şəmkirdə tanışlar arasında torpaq üstə dava olub,bir nəfər xəsarət alıb.

Hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.

1989-cu il təvəllüdlü Elçin Əliyev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev tanışı tərəfindən torpaq üstə balta ilə vurulub.

Faktla bağlı araşdırma aparılır.