Həbs edilən sabiq nazirin məhkəməsi təxirə salındı
Gündəm / Sosial
11-01-2023, 12:37

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovla bağlı məhkəmə prosesi təxirə salınıb.
Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatına verilmiş iş üzrə iclas yanvarın 18-də keçiriləcək.
Xatırladaq ki, iclasda Əhməd Əhmədovla bağlı kassasiya şikayətinin müddətinin uzadılması ilə bağlı müraciətə baxılmalı idi.