Vasif Talıbovun oğlanları İstanbula getdi - SƏBƏB

Gündəm / Sosial
11-01-2023, 20:21
Vasif Talıbovun oğlanları İstanbula getdi - SƏBƏB

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovlar ölkədən çıxıblar.

Xeberekspress.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanvarın 9-u səhər saatlarında Talıbovlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından VİP-dən Bakı-İstanbul reysi ilə Türkiyəyə uçublar.

Onların səfəri qısa müddət çəkib və səfər biznes məsələlərinin həlli ilə bağlı olub. Bir gün sonra isə qardaşların geri qayıtdığı bildirilir.