Naxçıvanın yeni FHN naziri kimdir? - DOSYE

Gündəm / Sosial
17-01-2023, 22:05
Naxçıvanın yeni FHN naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub, onun yerinə polkovnik Şahin Mirzəyev  təyin edilib.

Şamı Mirzəyev bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi olub. O, 16 aprel 1968-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

Azərbaycan Texniki Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.