Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

Gündəm / Sosial
18-01-2023, 11:45
Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

"Azərbaycanda ailə məhkəmələrinin yaradılmasına ehtiyac var”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva yanvarın 18-də parlamentdə keçirilən komitə iclasında çıxışı zamanı deyib.

Deputat parlamentdə nikah müqaviləsi ilə bağlı da dinləmələrin keçirilməsini təklif edib: "Nikah müqaviləsinin adı dəyişib evlilik anlaşması kimi qanunvericiliyə daxil edilməlidir. Həmçinin ailə məhkəmələrinə ehtiyac var. Çünki mövcud məhkəmələrin ailələrin dağılma səbəbləri ilə maraqlanmağa vaxtı yoxdur”.

Mənbə: Report