"20 Yanvar" günü Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs HƏBS OLUNDU

Gündəm / Hadisə
21-01-2023, 11:43
"20 Yanvar" günü Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs HƏBS OLUNDU

Şəhidlər Xiyabanına ziyarət zamanı insident yaşanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov  bildirib ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

Cəhdin qarşısı alınıb və onlardan biri- Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.