Dəfndə iştirak edən nazirlər Orxan Əsgərovun ailəsinə başsağlığı veriblər

Gündəm / Sosial
30-01-2023, 14:29
Dəfndə iştirak edən nazirlər Orxan Əsgərovun ailəsinə başsağlığı veriblər

Şəhid Orxan Əsgərovun dəfnində iştirak edən nazirlər onun ailəsinə başsağlığı veriblər. 

Daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, DTX-nin rəisi Əli Nağıyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı şəhidin ailəsinə başsağlığı veriblər. 

Qeyd edək ki, şəhid O.Əsgərov bu gün torpağa tapşırılıb.