Qar yağacaq - Xəbərdarlıq

Gündəm / Sosial
30-01-2023, 18:26
Qar yağacaq - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 1-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.