Kəlbəcərdə ağır qəza: Hərbçimiz yaralandı, ölən var

Gündəm / Hadisə
1-02-2023, 08:39
Kəlbəcərdə ağır qəza: Hərbçimiz yaralandı, ölən var

Fevralın 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Avtomobildə olan 3 nəfər çıxarılıb. İki mülki vətəndaş və bir hərbçinin olduğu avtomobildə hərbçi və digər sərnişin F.Hüseynova xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.