Vasif Talıbov Milli Məclisin iclasında İŞTİRAK ETMƏDİ

Gündəm / Sosial
1-02-2023, 12:33
Vasif Talıbov Milli Məclisin iclasında İŞTİRAK ETMƏDİ

Xəbər verdiyimiz kimi, Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilir.

Parlamentdə 1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən deputat Vasif Talıbov iclasda iştirak etmir.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. O, 1995-ci ilin dekabrın 16-dan istefa verdiyi günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.