Bakıda təhsil alan türkiyəli tələbə də zəlzələdə həlak olub - Foto

Gündəm / Hadisə
15-02-2023, 17:41
Bakıda təhsil alan türkiyəli tələbə də zəlzələdə həlak olub - Foto

Fevralın 6-sı Türkiyədə baş verən dağıdıcı zəlzələdə Bakıda təhsil alan türkiyəli tələbə vəfat edib.

Xeberekspress.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. O, 2021-ci ildə universitetin Əczaçılıq fakültəsindən məzun olub. Daha sonra Malatyada İnönü Universitetində magistratura təhsili alıb.

Fotoda Gündüz Nəzərzadə
Bakıda təhsil alan türkiyəli tələbə də zəlzələdə həlak olub - Foto
Bakıda təhsil alan türkiyəli tələbə də zəlzələdə həlak olub - Foto