Qazaxıstanda helikopter qəzası - Ölən və yaralananlar var

Gündəm / Hadisə
23-02-2023, 19:18
Qazaxıstanda helikopter qəzası - Ölən və yaralananlar var

Qazaxıstanda "Kazaviaspas” helikopteri sərt eniş zamanı qəzaya uğrayıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Nazirlik qəza zamanı helikopterin magistral neft kəmərinin ətrafında uçduğunu bildirib.