Xocalıda traktor MİNAYA DÜŞDÜ

Gündəm / Hadisə
24-08-2023, 12:31
Xocalıda traktor MİNAYA DÜŞDÜ
Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur.