Toydan sonra evinə gedib, intihar etdi

Gündəm / Hadisə
25-11-2023, 22:43
Toydan sonra evinə gedib, intihar etdi
Bərdə sakini intihar edib. 

Hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon Uğurbəyli kənd sakini 1955-ci il təvəllüdlü Vilayət Məhərrəmov bu gün yaxın qohumlarının toy məclisindən çıxdıqdan sonra özünü yaşadığı evdə asaraq intihar edib.

V.Məhərrəmovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Bərdə rayon Şöbəsinə aparılıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.