Sumqayıtda qarajda YANĞIN - Mikroavtobus yandı, xəsarət alan var

Gündəm / Hadisə
28-11-2023, 09:12
Sumqayıtda qarajda YANĞIN - Mikroavtobus yandı, xəsarət alan var
Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, "Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.