Blinken yenidən İsraildədir

Gündəm / Sosial
30-11-2023, 12:54
Blinken yenidən İsraildədir
ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər edib.

Blinkenin təyyarəsi Təl-Əvivdə yerə enib. 

Bu, oktyabrın əvvəli İsraillə HƏMAS arasında qarşıdurma başlayandan ABŞ dövlət katibinin ölkəyə 4-cü səfəridir. 

Onun səfər çərçivəsində HƏMAS tərəfindən qaçırılan girovların azad edilməsi ilə bağlı səyləri müzakirə edəcəyi gözlənilir.("Haaretz”)