Nazir Tibb Xidmətinin rəisini işdən çıxardı - ƏMR
Gündəm / Sosial
23-12-2023, 09:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə tibb xidməti polkovniki Pərviz Mustafa oğlu Vəliyev vəzifəsindən azad olunub.
Qeyd edək ki, nazir bir neçə ay əvvəl FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyevanı da vəzifəsindən azad etmişdi.(Qaynarinfo)