Sumqayıt bələdiyyəsi bayram günü şəhid ailələrini ziyarət edib
Gündəm / Sosial
30-12-2023, 16:30
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il Bayramı münasibətilə Sumqayıt şəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə şəhidlərimizin ailə üzvlərinə baş çəkib.
Bələdiyyə üzvlərinin iştirakıyla şəhid ailələri ziyarət olunaraq, onlara ərzaq payı verilib və onların problemləri dinlənib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bayram günlərində Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.
XeberEkspress.az






