
Salam .4 gün bundan öncə Sumqayıtda yerləşən Baku Electronics dən asperator aldım.298 manata aldığım asperatorun ödənişini birkartla etdim və 18 ay taksidə böldürdüm.Bu qiymətə 2 illik daxili zəmanət də əlavə olunmuşdu.Elə ilk gündən asperatordan əcaib səslər gəlməyə başladı.Mağazaya müraciət etdim.3 gün ərzində tədbir görüləcəyi,ünvana usta yollayacaqlarını dedilər.Müraciətimin 2-ci günü özüm asperatoru yenidən karopkasına yığıb,mağazaya gətirdim.Mağaza asperatoru servisə aparmağımı tövsiyyə etdi.Mən də yenidən bu asperatoru Şəhidlər xiyabanı ilə üz-bəüz olan Samsung servisinə apardım.Servisdə ustalar asperatora baxış keçirtdi.Bu əcaib səsi telefon ilə vudeoya da almışdım.Göstərdim özlərinə.Və bu səs yoxlanışda yenə gəldi.Dedilər divarda olan bacada problem var səndə.Dedim bacada nə problem olacaq?,divar deşilib,boru çölə çıxarılıb,vəssalam.
Usta dedi mən bu asperatorun xarab olduğunu yazmağa qorxuram.Sonra bu asperatorun xərcini mənim "ayağıma" vuracaqlar."Yuxarı"da əyləşən bir nəfərə zəng etdilər.Dedilər bu adam da deyir 5 % məbləğdən tutulmalıdır.Dedim bu adamla danışmaq istəyirəm,nömrəsini verin zəng edim.Usta bu sözləri eşidib,qorxunc bir sifət alıb,dedi:
-Mən bu adamın nömrəsini sizə verə bilmərəm.Buna mənim ixtiyarım çatmır.
Dedim, yaxşı nömrəni yığ,ver danışım. Usta nömrəni yenidən yığıb,təlaşla həmin adamdan icazə istəyərək,mənim onunla danışmaq istədiyimi dedi.
Adamla danışdım.Səsində zəhm olmayan bu adam mehribancasına bildirdi ki, asperatoru qoyun ora,pulunuzu mağazadan götürün.
Amma servisdə yenə dedilər ki, asperatorun pulundan 5 % tutmaqla,onu geri götürərik.
Bunun qanuna zidd olduğunu dedim,dedilər bizə qanun marağlı deyil,özümüzün daxili qanunlarımız bizim üçün dövlət qanunlarından da üstündür.Bir sözlə ödədiyim pulun 5 %-ni tutdular. Bu özbaşınalığa nə ad verək? Mağazalar servis ustalarını niyə bu qədər "gözümçıxdıya" salır?Ustalar qorxduqları üçün malın zay olduğunu rəsmi formada mağazaya bildirməkdən çəkinirlər. Azərbaycan Respublikasının Qanunlarını, öz daxili qanunlarından üstün görmək istəməməkləri,müştəriləri haqqlarını tapdamaqları nə dərdəcədə doğrudur?Kimdir bunların arxasında duran?
Xahiş edirəm Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu insanlar barəsində ölçü götürsünlər...
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...