Heydər Əliyev Sarayında yeni TƏYİNAT - FOTO
Gündəm / Sosial
29-01-2024, 12:50

Heydər Əliyev Sarayında yeni təyinat olub.
Modern.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, Sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə - 2023-cü ilin noyabrında təyin olunub.