44 saylı Sumqayıt üçüncü dairə seçki komissiyasının 16 saylı seçki məntəqəsi səsvermə gününə hazırdır
Gündəm / Sosial
1-02-2024, 13:45

Fevralın 7-də növbədənkənar keçiriləcək prezident seçkilərə hazırlıq işləri 44 saylı Sumqayıt seçki dairəsində də uğurla davam etdirilir. 50 min 520 seçicisi olan dairə üzrə 37 seçki məntəqəsi səsvermə gününə hazırlaşır. Qubadlı rayon Qara İlyasov adına 1 nömrəli tam orta məktəbdə yerləşən 16 saylı seçki məntəqəsinin sədri Vüsalə Qurbanova XeberEkspress-ə bildirib ki, məntəqənin yerləşdiyi binada təmir-bərpa işləri həyata keçirilib, ərazidə səliqə-sahman yaradılıb. Məntəqədə səsvermə kabinələri quraşdırılıb və təşviqat lövhələri asılıb. Seçki məntəqəsi lazımi texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Bundan əlavə, seçicilərin dəqiqləşdirilmiş siyahıları da lövhələrdən asılıb, bildirişlər hazırlanaraq paylanılmasına başlanılıb. Bir sözlə, seçki məntəqəsi səsvermə gününə hazırdır. Qeyd edək ki, seçki günü məntəqədə 1380 seçicinin səsvermədə iştirakı gözlənilir.
XeberEkspress.az