“Sürücü mədəniyyəti də yoxdur...”

Gündəm / Sosial
16-02-2024, 12:46
“Sürücü mədəniyyəti də yoxdur...”
"Tıxacların səbəbləri çoxdur”. 

Bu fikirləri spiker Sahibə Qafarova parlamentin iclasında deyib. 

"Lakin düşünürəm ki, sürücü mədəniyyəti də yoxdur. Sürücü mədəniyyətinin yüksək olması lazımdır”, - deyə spiker vurğulayıb.

Qeyd edək ki, bugünkü iclasda millət vəkili Siyavuş Novruzov da yollardakı vəziyyəti tənqid edib: "Şəhərdə 3 yol - avtobus, velosiped, maşın yolu müəyyənləşib. Bu darısqal yollarda idarəetmə problemləri yaranıb” .