Azərbaycan ilə Türkiyə qardaşlığı dünyaya bir nümunədir.

Gündəm / Sosial
20-02-2024, 18:24
 


İlk olaraq qeyd etməliyəm ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz qardaş ölkə Türkiyə Respublikası ilə bütün 

sahələrdə əlaqələrini ən yüksək səviyyədə davam etdirir.Bu da təbiidir! Artıq cəsarətlə demək istəyirəm ki, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı siyasi-iqtisadi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapmışdır.Tarixi qardaşlığımız, qarşılıqlı 

etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ölkələrimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü 

siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyə-dədir və bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçmişdir.44 günlük Vətən müharibə
sindəki tarixi Zəfərimizdən sonra qardaş ölkənin bir-sıra aparıcı şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə həyata 

keçirilən quruculuq işlərində yaxından iştirak etməsi, iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcı olduğunu qeyd etmək istəyirəm. Partiya funksioneri olaraq xüsusi vurğulamağı özümə borc bilirəm ki, hər iki qardaş ölkənin hakim partiyaları, YAP və AKP arasında imzalanmış niyyət 

protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisi olmuşdur.Belə ki, 2021 ci il İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. 

Dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlər
ində də nümunəvi məcrada dinamik şəkildə inkişaf etməkdədir. Ümumiyyətlə ölkələrimiz arasındakı münasibət Azərbaycan-Türkiyə qardaşlığı və 

əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan ölkə rəhbərimiz  prezident İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi,öz şəxsi münasibətlərində də əsl qardaşlıq nümayiş etdirmələri olduqca təqdir

ə layiqdir.Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl nümunəsini nümayiş etdirmişdir. 
Beləliklə iki qardaş ölkələrin prezidentləri, Əliyev-Ərdoğan birliyi-həmrəyliyi, dövlət başçılarının bir-birinə 

"qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün və dünya üçün doğrudan da bir nümunədir! 
Nəhayət, qeyd edim ki,bu gün Prezident İlham Əliyevin, ölkəmizdə cari ilin 07 fevral tarixində keçirilən seçkilərdə , xalqımız tərəfindın yekdilliklə Prezident 

seçildikdən dərhal sonra, öz növbəti, ilk səfərini qardaş Türkiyəyə etməsi də təsadüfi deyildir. Belə ki, iki qardaş ölkə, Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü zamanı, Türkiyə və Azərbaycan arasında aşağıdakı sənədlər imzalanmışdır:-- ilk olaraq Türkiyə-

AzərbaycanUniversitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanmışdır- Baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır - İki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və bu görüşdə son olaraq 

vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanmışdır. Sonda bir daha əminliklə qeyd edirəm ki, cənab Prezident İlham Əliyev  qardaş ölkə Türkiyə Respublikasına etdiyi son rəsmi səfərlə bir daha sübut etdi ki, Azərbaycan-la Türkiyənin bir-birinə 

necə möhkəm tarixi,
qardaşlıq telləri ilə  bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi.


Saatlı "Araz-Şöhrət"şirkəti.
Vüqar Məmmədov.
Azərbaycan ilə Türkiyə qardaşlığı dünyaya bir nümunədir.