Eyvazov polis mayoruna yüksək vəzifə verdi

Gündəm / Sosial
23-02-2024, 10:48
Eyvazov polis mayoruna yüksək vəzifə verdi
Polis mayoru Pərviz Hüseynov Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, P.Hüseynov bu təyinata qədər Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.