Sosial müavinətlər vaxtından əvvəl ÖDƏNİLƏCƏK

Gündəm / Sosial
18-03-2024, 10:25
Sosial müavinətlər vaxtından əvvəl ÖDƏNİLƏCƏK
Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
YBu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti məlumatı yayıb.

Məlumatda qeyd edilib ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Sosial müavinətlər vaxtından əvvəl ÖDƏNİLƏCƏK