Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

Gündəm / Dünya
Bu gün, 14:51

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

Ukrayna Silahlı Qüvvələri avqustun 17-də və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.

Burulan hədəflər pilotsuz uçuş aparatları (PUA) idarəetmə məntəqələri və sursat anbarıdır.

Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı vurulub.

Bundan əlavə, Ukrayna hərbçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belqorod vilayətində Rusiya ordusuna məxsus 6 PUA idarəetmə məntəqəsini vurublar.