Əkbər Yusifoğlunun təqdimatında “Qanun və İcra” proqramı
Gündəm / Sosial
28-03-2024, 02:04

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV”-nin efirində nümayiş etdiriləcək.
30.03.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi "Dələduzluq” mövzusu ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Püruzə Əliyeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Bəxtişan Adıgözəlova - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Aytən Əliyeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
4. Esmira Rzayeva - Hüquqşünas, Mediator.
Verlişin informasiya dəstəyi "XeberTıme.az”, "UluSəs.az”, "Gündəlikxəbər.org”, "ZəfərYolu.az”, "XezerTv.info” və "dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az