Şahmar Hüseynova yeni vəzifə verildi

Gündəm / Sosial
28-03-2024, 21:09
Şahmar Hüseynova yeni vəzifə verildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.

Şahmar Hüseynov, fəaliyyətini SOCAR-da davam etdirəcək.

Belə ki, Ş.Hüseynov müvafiq əmrlə SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib.

Qeyd ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından "Azneft”ə rəhbərlik edirdi.("Qafqazinfo”)