Hövsanda 32, Sumqayıtda 28 yaşlı kişi asılı vəziyyətdə tapıldı

Gündəm / Hadisə
5-04-2024, 10:12
Hövsanda 32, Sumqayıtda 28 yaşlı kişi asılı vəziyyətdə tapıldı
Bakıda 32 yaşlı kişi evində asılı vəziyyətdə aşkar edilib.

Hövsan qəsəbəsi, Hövsan kənd sakini 1992-ci il təvəllüdlü kişi yaşadığı evin həyətində olan talvardan özünü asaraq intihar edib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Bundan başqa Sumqayıt şəhəri, Şirvan Yaşayış massivi ərazisində fərdi evində yaşayan 1996-cı il təvəllüdlü Şirəliyev Elşən Mustafa oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.