Daha bir sabiq deputat vəfat etdi

Gündəm / Sosial
17-04-2024, 14:35
Daha bir sabiq deputat vəfat etdi
Keçmiş deputat, BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib.

86 yaşlı alim bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

"91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə "Şöhrət” ordeni ilə təltif olunub.

Xatırladaq ki, bu gün sabiq deputat Hadı Rəcəbli də dünyasını dəyişib.