Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq
Gündəm / Dünya
Bu gün, 16:07

Əgər Oman İranla münaqişə çərçivəsində Hörmüz boğazında ABŞ-nin fəaliyyətinə mane olarsa, Vaşinqton bu ölkəyə zərbələr endirəcək.
ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News"un jurnalisti Trey İnqsta müsahibəsində bildirib.
"Əgər Oman yolumuza çıxarsa, biz onları bombalayacağıq", - ABŞ Prezidenti bildirib.
Tramp bu bəyanatı ABŞ və İran arasındakı atəşkəs razılaşmasının müddətinin başa çatması ərəfəsində verib.
Ötən həftə İran Hörmüz boğazının fəaliyyətinin bərpa edilməsi ilə bağlı Omanla danışıqlar apardığını bildirib.