Növbəti Zəfərimizin müəllifi Milli Qəhrəmanımızdır!
Gündəm / Sosial
20-04-2024, 22:53

Bu gün artıq qədirbilən Xalqımıza növbəti, 200 ildən artıq bir zamanda düşmən taptağı altında inildəyən, lakin heç vaxt ümidsiz olmayan dədə-baba, tarixi torpaqlarımızın geri qaytarılması xəbərinin sevincini yaşadan,bu davamlı Zəfərin müəllifi olan müzəffər Ali Baş Komandan,Prezident İLHAM ƏLİYEV Milli Qəhrəman fəxri adına layiq görülməlidir.Bu xalqımız-ın istəyi və arzusudur! Mən deyərdim ki, cənab Prezident İlham Əliyev bütün dünya və bölgə dövlətlərinə nümunə olaraq ictimai-siyasi sabitlik içərisində yürütdüyü siyasətlə, Azərbaycanı öz gücünə və öz imkanlarına arxalanan iqtisadi və hərbi gücü olan dövlətə çevirdi.Bunun bariz göstəricisi isə cari ayın 19- da, yəni dünən axşam qan tökülmədən, əldə etdiyimiz Qazax rayonunun 4 (dörd) kəndidir.Bu yürüdülən siyasətin tarixi Zəfəri və məqsədyönlü olmasının sübutudur.Bildiyiniz kimi 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Ermənistan-ın 200 illik işğal siyasətinə son qoydu.Rus hərbi kontingentinin hələ yenicə bölgədən çıxması xəbərinə sevinirdik ki, 20 aprel yəni dünən aldığımız yeni məlumat xalqımızın böyük sevincinə səbəb oldu. Qazax rayonunin 4 kəndi özümüzə qaytarıldı və sərhədlərimizin müəyyənləşməsi prosesi başladı.Qürur hissi ilə qeyd edirəm, artıq yeni bir mərhələdə də böyük uğur azandıq və sevinclə deyirəm ki, əziz xalqımız üzünüzə təbəssüm necə də yaraşır və gözəldir, hər-bir azərbaycanlının qəlbinə onun nurundan pay düşür.Artıq Prezident İlham Əliyevin siyasəti nəticəsində bölgəyə sülh gəlir və bu sülh günü-gündəndə möhkəmlənir. Bölgədə ictimai-siyasi vəziyyətin qarışıq olduğu bir vaxtda,ümumiyyətlə cənubi Qafqazın stabilləşməsi, sabitlik adasına çevrilməsi Cənab Prezidentin qətiyyəti, iradəsi, mətnliyi sayəsində mümkün oldu.Təkrar edirəm önəmli olan artıq müharibə fikirinin cənubi Qafqazda aradan qaldırılmasıdır.Beləliklə Azərbaycanın adı dünya tarixinə qalib bir dövlət kimi yazıldı.Qürurla qeyd edim ki, bu Zəfərlərdən hələ zaman ötdükcə qələbəmiz ilə nəticələnən istər döyüşlərin, istərsədə dinc yolla bütün istiqamətlər üzrə gedişi,nəticələri və xüsusilə yaratdığı böyük dəyişikliklər daha dərindən araşdırılacaq, öyrəniləcək və qərarlar qəbul olunacaqdır.Artıq sevindirici haldır ki, dünəndən etibarən tərəflər, Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər.O cümlədən razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.Demək sərhədlər razılaşdırılacaqdır. Ulu öndər Heydər Əliyev gözəl bilirdi ki, torpaqların azad olunması güclü ordunun qurulmasından və ən əsası, güclü iqtisadi əsasın yaradılmasından keçir. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev də bu ideyaları və gedən prosesi layiqincə davam etdirdi.İlk olaraq 2003-cü il oktyabr ayında Prezident seçilən İlham Əliyev ilk gündən əsas olaraq bu istiqamətdə yorulmaz fəaliyyəti ilə seçildi, qısa müddət ərzində Azərbaycan Cənubi Qafqazda bu günkü həm siyasi, həm iqtisadi və həm də hərbi gücə çevrildi.Təsadüfi deyil Ali Baş Komandan İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti peşəkar olmalı və istənilən vaxt tarixi vəzifənin icrasına tam hazır olmalıdır. Qürur hissi ilə qeyd edirəm tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planları darmadağın edildi.Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki,Qarabağ Azərbaycandır! Nəhayət, bu gün Vətən müharibəsini zəfərlə başa vuran ölkəmiz bölgədə yeni reallıqlar yaratmışdır.Ən böyük reallıq isə əlbəttə ki, torpaqlarımızın azad olunması,suverenliyimizin bərpa olunması ilə Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır.Nəhayət Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərindən bəzilərini burda xüsusi qeyd edərək, Ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsinin zəruri olduğunu bir vətəndaş olaraq əsaslandıracam.Belə ki, Prezident İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri vardır. O, siyasətdə həddindın ziyadə səbrlidir, soyuqqanlıdır, təmkinlidir və ən əsası isə dəqiqdir.O, nəyi nə zaman edəcəyini, sadəcə, Özü bilir.Zəfərlə başa çatan istər 2 aprel döyüşlərində, istərsədə 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatlarında, nəhayət müharibəsiz ustalıqla yürütdüyü siyasətlə də bir daha sübut etdi ki, hər şeyi doğru zamanında və doğru edir.Qətiyyətli Lider İlham Əliyev bütün milli məsələlərdə güzəştə getməyən Liderdir! O, hakimiyyətə gələndən bu yana , 21 il ərzində yorulmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, hətta bölgədə maraqları olan super güc dövlətlərinə qarşı qətiyyətlə mübarizə apardı və ölkəmizin haqq səsini dünyaya çatdırdı.Beləliklə Ən Yeni tariximizi qızıl hıriflərlə və şərəflə yazdı cənab Prezident.MüasirAzərbaycanda yeni mərhələ başladı və ölkə rəhbəri İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq nümunəsini bütün dünyaya göstərdi.Odur ki, mən cəsarətlə, Azərbaycan vətəndaşı olaraq xahiş və təklif edirəm ki, Prezident İlham Əliyevə "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilsin. Əminəm ki, qədirbilən xalqımız mənim bu təklifimi qəbul edəcək və dəstəkləyəcəkdir.Bu yüksək fəxri adın cənab Ali Baş Komandana verilməsi barədə təklif irəli sürürəm.Arxayınlıqla vurğulayıram ki, artıq cənab Prezident İlham Əliyevin heykəli xalqımızın qəlbində daimi olaraq qurulub, xalqının məhəbbətini qazanmışdır.Əminəm ki, bu məsələdə Xalqımız mənimlə həmrəydir və hər kəs məni dəstəkləyəcəkdir.Allah ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə isə şəfa versin.Bu son Zəfəri, dinc yol ilə tarixi torpaqları mızın alınması münasibəti ilə başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və bütün xalqımızı təbrik edirəm.Qürurla yazıram ki, növbəti zəfərimizin müəllifi Milli Qəhrəmanımız İlham Heydər oğlu Əliyevdir!
Yaşasın Azərbaycan!
Sözümüz imzamızdır!
Vüqar Məmmədov.
Yeni Azərbaycan Partiyası
Saatlı rayonu 15 saylı ƏPT-n sədri