Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin edilib
Gündəm / Sosial
22-05-2024, 17:00

Azərbaycan Prezidenti İlham Əliyev Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.