Türkiyədən PKK-ya ağır zərbə: 17 terrorçu məhv edildi
Gündəm / Sosial
15-06-2024, 15:20

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk və "Pəncə Kilid” bölgələrində aşkar edilən PKK-nın 8 terrorçusunu məhv edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, Suriyanın şimalındakı "Fərat qalxanı” və "Sülh çeşməsi” əməliyyat bölgələrində aşkarlanan PKK/YPG-nin 9 terrorçusu da zərərsizləşdirilib.