Yağıntılı hava nə vaxtadək davam edəcək?

Gündəm / Sosial
22-06-2024, 09:56
Yağıntılı hava nə vaxtadək davam edəcək?
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,

Qeyri-sabit hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək davam edəcək.

Yağıntıların bölgələrdə iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi proqnozlaşdırılır.