Sabah AB ilə Ukrayna arasında mühüm saziş imzalanacaq
Gündəm / Dünya
26-06-2024, 19:38

İyunun 27-də AB-nin Brüsseldə keçiriləcək sammiti çərçivəsində Avropa Birliyi və Ukrayna təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.
Bu barədə AB-nin yüksək çinli məmuru Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
"Sabah təhlükəsizlik zəmanəti ilə bağlı saziş imzalanacaq”, - açıqlamada qeyd olunub.