Narkotik vasitələrdən istifadə hansı hallarda cinayət məsuliyyəti yaradır?

Gündəm / Sosial
11-07-2024, 13:33
 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı fəslində 234-cü madfədən 241-ci maddəyə kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdən və onlara tətbiq olunan cəzalardan bəhs edilir. 

Həmin maddələrdə şəxsin narkotik vaditələrin istehlakına görə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilməmişdir. 

Belə ki şəxs narkotik vaditələrin və psixotrop maddələrin istehlakına görə inzibati məsuliyyətə cəlb edilə bilər, o halda ki, o şəxsi istehlak miqdarından artığını qəbul etsin. 

Şəxsi istehlak miqdarı icazə verilən miqdardır. Həmin miqdar bir dəfəlik qəbulun miqdarı və sutkalıq qəbulun miqdarı olaraq iki formada təyin edilmişdir. Misal üçün tiryəkdən sutkada 500 mg, amma həmin gün bir dəfəyə 50 mg-dan artıq olmamaqla istifadə edilə bilər. Beləcə, kokain preparatları 30 mg-dan, morfin sutkalıq 50 mg-dan (bir dəfəyə 20 mg) artıq istehlak edilsə inzibati məsuliyyət yaradır. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istehlakına görə şəxs 300 manatdan 400 manata kimi cərimə edilir, işin hallarına və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin, yəni cərimələrin tətbiqi kifayət sayılmadıqda isə 2 ayadək inzibati həbs nəzərdə tutulmuşdur. 

Lakin sözügedən maddələrin hazırlanması, istehsal edilməsi, əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi, satılması, başqalarının istehlak etməsinə təhrik edilməsi, tərkibində narkotik vasitələr olan bitkiləri kultivasiya etmək, istehlak üçün tiryəkxanalar təşkil etmə, saxlama kimi əməllər cinayət tərkibi yaradır və cinayət əməli sayılır.

XeberEkspress.az